Milli kitab mükafatının təqdim olunma mərasiminə Orxan Pamuk da dəvət olunub

Gəncədə Mir Cəlal Paraşayevin xatirə muzeyində Milli Kitab Mükafatı Layihəsinin təqdimetmə mərasimi keçirilib. SİA-nın yerli bürosunun verdiyi məlumatına görə, bu layihə bütün Azərbaycanı əhatə edir. Milli Kitab Mükafatı layihəsinin təsisçisi Nigar Köçərlinin verdiyi məlumata görə layihə Bakı şəhəri ilə yanaşı regionlarda da böyük maraq doğurub. Müsabiqədə iştirak etmək üçün nəşr olunan və nəşr olunmayan əsərlər təqdim oluna bilər. Hər müəllif ən çox 3 əsər təqdim edə bilər və yazılan əsərin minimal həcmi 40 000 işarədən az olmamalıdır. Milli Kitab Mükafatı müsabiqəsinin münsiflər heyətinin üzvü Rəşad Məcidin sözlərinə görə layihədə əsas məqsəd Azərbaycan ədəbiyyatının sosial önəmlərini artırmaq və mütaliəni yenidən “ dəbə” salmaqdır. Ən maraqlı əsərlər isə layihəyə dəstək verən təşkilatçıların hesabına dərc olunaraq, dövlət kitabxanalarına və təsis ocaqlarına paylanacaq. Yazarlardan əsərlər bu ilin dekabrın 31-nə dək qəbul ediləcək. Və müsabiqənin nəticələri gələn ilin may ayında bəlli olacaq. Mükafatın münsiflər heyətində ədəbiyyatçı və yazarlarla yanaşı siyasətçilər də təmsil olunur. Milli kitab mükafatının təqdim olunma mərasimində dünya şöhrətli türk yazıçısı, Nobel mükafatı laueratı Orxan Pamuk da dəvət olunub. Layihənin tərəfdaşları arasında Mədəniyyət və Turizm Nazirliyi, Gənclər və İdman Nazirliyi və bir neçə özəl şirkətlər də var.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO