Milli Ensiklopediyasının 4-cü cildi nəşr üçün Almaniyaya göndərilib

Azərbaycan Milli Ensiklopediyasının 4-cü cildi artıq hazırdır. Bu sözləri Modern.az-a açıqlamasında “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin ümumi şöbəsinin müdiri Züleyxa Baxşıyeva deyib. O, qeyd edib ki, cild çap olunmaq üçün Almaniyaya göndərilib. “Eyni zamanda ensiklopediyanın 4-cü cildini ölkəmizdə də çapa vermişik”.

Z. Baxşıyeva bildirib ki, hazırda Mərkəz ensiklopediyanın 5 və 6-cı cildləri üzərində işləyir. “Ensiklopediyanın xüsusi nəşri “Azərbaycan” Azərbaycan və rus dillərində nəşr olunub, “A”, “B” hərfləri bitib və artıq “C”, “Ç” hərfləri üzərində işlənilir”.

İşlərin çox olduğunu vurğulayan Z. Baxşıyeva bildirib ki, hazırda Ensiklopediya yeni binaya köçməyə hazırlaşır. “Yeni binamız Texniki Universitetin yanındadır”.

Qeyd edək ki, ölkə başçısının 2004-cü il yanvarın 12-də imzaladığı “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında” sərəncamının icrası istiqamətində ümumilikdə universal milli ensiklopediyanın 25 cilddə nəşr olunması nəzərdə tutulub.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO