Milli Azərbaycan Tarixi Muzeyində 20 Yanvar şəhidlərinin xatirəsi anılacaq

20 Yanvar şəhidlərinin xatirəsi Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Azərbaycan Tarixi Muzeyində də anılacaq. AMEA-dan SİA-ya verilən xəbərə əsasən, yanvarın 19-da Milli Azərbaycan Tarixi Muzeyinin konfrans zalında 1990-cı il 20 yanvar şəhidlərinin ölməz xatirəsinə həsr olunmuş “Şəhidlər sınmayan vüqarımızdır” adlı mərasim keçiriləcək. Təsbir Muzeyin Elmi-maarif şöbəsinin təşkilatçılığı ilə reallaşacaq.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO