“Milli.az ” saytını hər gün 8-10 min adam oxuyur “

"Milli.az" saytını hər gün 8-10 min adam oxuyur"Milli.Az xəbər portalının baş redaktoru Sevda İlhamqızı “Trend”ə müsahibəsində deyib: “İctimaiyyətin bir xəbər saytından istədiyi və gözlədiyi nədirsə, onu verməyə çalışdıq. İctimaiyyət bizdən bəhrələndiyi kimi, biz də onlardan, öz oxucularımızdan faydalanmışıq.

– Portalınızın adı da çox populyardır, hər kəsə doğma olan bir ifadə ilə bağlıdır. Milli.Az həm adını, həm də bir xəbər portalı kimi özünü doğrultdumu?

– Bu sualınıza cavabım subyektiv mövqeyə də oxşaya bilər, amma real göstəriciləri diqqətinizə çatdıra bilərəm. Saytın rəsmi göstəricilərinə əsaslansaq, deyə bilərəm ki, qarşıya qoyulan məqsədə və əsas hədəfə çatmışıq. Bütün təşəbbüslərimiz oxuculara hesablanıb və fəaliyyətimiz də onlar üçündür. Oxucu auditoriyasının genişlənməsi daim hərəkətdə olan prosesdir və bu dinamika yüksələn xətt üzrə gedir. Hər gün Milli.Az sayıtını 8-10 min insan oxuyur. Təbii ki, bu rəqəm artacaq. Nəzərə alın ki, Milli.Az yarandığı gündən indiyə qədər onun geniş reklam təbliğatı aparılmayıb. Halbuki reklam hər bir istehsalatda ən mühüm rol oynayan amildir, tanıtımın əlifbasıdır – insanların sizi tanıması, bilməsi üçün mütləq reklam kampaniyanız aparılmalıdır. Amma biz, öz informasiya resurslarımız istisna olmaqla, bu təbliğatı hələ ki, aparmamışıq. Amma nəticəsinə baxın – portal yaranan gündən çox qısa müddət ərzində böyük reytinq qazandı. Beynəlxalq sayğac göstəricilərini yada salsaq, sayt açılanda elə ilk aydaca 2500 nəfər oxusu cəlb edə bildik. Bu, Azərbaycanın İnternet məkanında ilk belə hal idi. Nəzərə alın ki, Azərbaycanda İnternet istifadəçilərinin böyük əksəriyyəti gənc nəslin nümayəndələri hesab olunur və onların maraq dairəsinə əsasən əyləncə tipli saytlar daxildir. Bu baxımdan, ciddi saytların, xəbər resurslarının istifadəçiləri təəssüf ki, onlarla müqayisədə, çox azdır. Buna görə də, yeni yaradılmış xəbər resursunun tez bir zamanda geniş kütləni əhatə edə bilməsini rekord göstərici hesab etmək olar.

Üstəlik, biz bu kontingenti nəinki saxlaya bildik, onun genişlənməsinə, oxucularımızın hər gün sayının artmasına nail olduq. Bu gün artıq 10 minə yaxın insan bizim gündəlik istifadəçimizdir. İnkişafımızın bu templə davam edəcəyinə və yaxın gələcəkdə oxucularımızın sayının 10 minlərlə ölçüləcəyinə inanırıq.

Bu, həm də o deməkdir ki, biz adımıza layiq ola bildik. Mən çox sevinirəm ki, bu ad, bu məşhur domen məhz bizə nəsib olub.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO