Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Nəsimiyə həsr olunmuş sərgi açılıb

Prezident İlham Əliyev böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyini nəzərə alaraq 2019-cu ili ölkəmizdə “Nəsimi ili” elan edib. Bu münasibətlə ölkənin müxtəlif elmi qurumlarında, mədəniyyət mərkəzlərində, eləcə də AMEA-nın institut və təşkilatlarında Nəsiminin həyat və yaradıcılığına həsr olunmuş silsilə tədbirlər keçirilir, sərgilər təşkil olunur.

AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində təşkil olunan sərgi də “Nəsimi ili” çərçivəsində nəzərdə tutulan tədbirlərdəndir.

Muzeyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sərgidə İmadəddin Nəsimiyə həsr olunmuş (20-si Azərbaycan, 20-si ingilis dilində olmaqla) 40 lövhə təqdim edilib.

Lövhələrdə Nəsiminin 3 dildə yazdığı əsərlərinə orta əsrlərdə çəkilmiş illüstrasiyalar, miniatürlər, eləcə də şairin əlyazmalarının surətləri nümayiş olunub.

Bundan əlavə, Ədəbiyyat Muzeyinin Nəsimiyə həsr olunmuş ekspozisiya zalından rəsmlər, böyük şairin 600 illik yubileyi münasibətilə hazırlanmış medalyonların əksi, onun Bakı şəhərində və muzeyin ekspozisiyasında olan heykəllərinin rəsmi, şeirlərindən parçalar, “Nəsimi” filmindəki səhnələrə aid fotolar və s. təqdim edilib.

Sərgi iştirakçıları, həmçinin Nəsiminin Hələbdə yaşadığı evin divarındakı barelyefin rəsmi ilə tanış olublar.

dfsdffdsfs

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO