Mikayıl Cabbarov daha aşağı siniflərdə imtahanların keçirilməsini təklif edib

Mikayıl Cabbarov daha aşağı siniflərdə imtahanların keçirilməsini təklif edibAzərbaycanın təhsil naziri Mikayıl Cabbatov orta məktəblərdə şagirdlərin biliyinin 9-cu sinifdən də əvvəlki siniflərdə yoxlanılması üçün imtahanların keçirilməsi məqsədilə müvafiq şöbələrə tapşırıq verdi.

Trend-in məlumatına görə, təhsil naziri Mikayıl Cabbarov Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı deyib ki, hazırda ölkə şagirdlərinin biliyinin qiymətləndirilməsi yalnız icbari təhsil müddəti başa çatdıqdan sonra həyata keçirilir. Bunun üçün 9-cu sinif məzunları buraxılış imtahanı verirlər: “Lakin təhsil işçiləri razılaşa bilərlər ki, eyni bilgi 6-cı sinfi, yaxud ibtidai sinfi bitirən şagirdlər üçün olsaydı, bu, bizə daha çox imkan verərdi ki, təhsil prosesində, metodikasında müşahidə etdiyimiz boşluqları özümüz üçün daha tez müəyyənləşdirək və lazım olan müdaxilələri məhz onların təhsil müddətində edək. Hesab edirəm ki, Təhsil Nazirliyinin müvafiq şöbələri bununla bağlı layihə hazırlayıb, təqdim etməlidirlər”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO