“Microsoft”dan yenilik xəbəri

“Microsoft”dan yenilik xəbəriYeni növ sensor ekran üzərində işləyir

“Microsoft” “taktil” sensor ekranların, yəni istifadəçidə ekranda təsvir olunan qabarıq səthlərə və teksturalara toxunma hislərini oyatmaq üçün texniki fəndlər istifadə olunan displeylərin yaradılmasına dair orijinal üsulu təsvir edən patenti qeydiyyatdan keçirib.

Lent.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, yeni patentdə korporasiya sensor ekran üzərində forma yaddaşı effektli plastik qatından istifadə etməyi təklif edir.

Belə vəziyyətdə sözügedən plastikin altından müxtəlif dalğa uzunluqlu ultrabənövşəyi işıqlandırma texnologiyasını tətbiq etməklə üz səthinin formasını dəyişmək mümkün olar. Ultrabənövşəyi şüanın bir tezliyinin təsiri altında piksellər müəyyən hündürlüyə qalxacaq, digər tezliyin təsiri nəticəsində isə ilkin vəziyyətə qayıdacaq.

Patentdə qeyd olunur ki, yeni texnologiya masa ölçülü böyük sensor ekranlar (misal üçün “Microsoft Surface”) üçün deyil, telefon və ya planşet kompüterlərdə istifadə olunan displeylər üçün nəzərdə tutulur. Ekspertlərin fikrincə, texnologiya həqiqətən də işləyirsə, onun geniş populyarlıq qazanacağına heç şübhə yoxdur.

“Microsoft Surface” layihəsinin ilkin mərhələlərindən bu texnologiyanın yaradılmasında yaxından iştirak edən sensor ekranlar üzrə mütəxəssis Patrik Baudiş qeyd edir ki, əgər texnologiya bir qədər kiçik qurğularda tətbiq olunsa, telefonlardakı fiziki klaviaturalar tamamilə aktuallığını itirəcək və bu da bazarda böyük dəyişikliklərə səbəb ola bilər.

LENT.AZ

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO