Məşhur jurnalistin əsl qatilləri bəlli oldu

Modern.az xəbər verir ki, ölümündən 15 il sonra tanınımış telejurnalist Vladislav Listevin qətlinin sifarişçisi və təşkilatçısı bəlli olub. Bu barədə “Fontanka.ru” internet qəzeti yazıb. Qəzetin məlumatına görə, qətlin sifarişçi məşhur oliqarx Boris Berezovski olub.

Bu 15 il ərzində istintaq xeyli sayda versiya üzərində işləyib. Amma onların heç biri sonda təsdiq olunmayıb. Məsələyə Qalina Stravoytovanın qətlində ittiham olunaraq həbs edilmiş Yuri Kolçin aydınlıq gətirib. Qəzet yazır ki, sifarişçi və killeri zəncirvari çəkildə əlaqəli olan şəxslər bir-birinə bağlayıb. Kolçinin sözlərinə görə, o, Peterburqda məhçur cinayətkar avtoritet olan Konstantin Yakovlevin ( Kostya Moqila) Eduard Konimoto adlı bir şəxsə ORT-nin baş direktorunu öldürmək tapşırığı verdiyinin şahidi olub.

Killer də bununla razılaşıb. Qətldən sonra avtoritet Moskvaya gedərək Berezovski ilə görüşüb. Bu söhbətdən sonra Kolçin başa düşüb ki, qalmaqalı oliqarx qətlin sifarişçisi olub. Bununla bağlı kimisə məsuliyyətə cəlb etmək imkanları da itirilib. Kostya Moqila və Kanimoto artıq həyatda yoxdurlar. Berezovski ilə İngiltərədə siyasi sığınacaq alıb. Bu ilin aprelindən Listyevin ölümü ilə bağlı cinayət işinin təhqiqi dayandırılıb.

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO