Məhşur azərbaycanlı jurnalist məhkəməyə çağırılıb

Azərbaycan milli kimliyi uğrunda dinc mübariz, məşhur jurnalist və yazıçı Əlirza Sərrafi ifadə vermək üçün Tehran məhkəməsinə çağırılıb.

“Media forum” saytının məlumatına görə, barəsində hansı ittihamlar irəli sürüldüyü bilinməyən Əlirza Sərrafi əvvəlllər fars və Azərbaycan dillərində çıxan “Dilmanc” aylıq ədəbi-bədii, ictimai-siyasi jurnalının baş redaktoru vəzifəsində çalışıb. 3 il əvvəl bu jurnalın nəşrinə qadağa qoyulub.

Əlirza Sərrafi Tehranda Azərbaycan və fars dillərində çıxan “Varlıq” ədəbi-bədii aylıq jurnalının redaksiya heyətinin üzvüdür. O, milli zəmindəki fəaliyyətlərinə görə 11 il əvvəl bir müddət həbsdə yatıb.

“Media forum”

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO