Məhkəmə İctimai Televiziyaya qarşı qaldırılan iddianı əsassız sayıb

İTV-nin İctimaiyyətlə əlaqələr və monitorinq şöbəsindən APA-ya verilən məlumata görə, məhkəmə onlara qarşı iddianı əsassız sayaraq rədd edib.

İctimai Teleradionun “Azərbaycanfilm” Kinostudiyası və Professional Kinorejissorlar Gildiyasına qarşı qaldırdığı qarşılıqlı iddia isə təmin olunub. Məhkəmənin çıxardığı qətnamə ilə “Azərbaycanfilm” Kinostudiyası və Professional Kinorejissorlar Gildiyasının üzərinə İTV ilə Azərbaycan filmlərinin yayımı, qonorarın həcmi və hesablanmasını tənzimləyən qanuna müvafiq müqavilənin imzalanmasına dair öhdəlik qoyulub.

APA

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO