MHİ jurnalist Natiq Ədilova peşə faəliyyətinə görə xəbərdarlıq edilməsini qınayıb

Media Hüququ İnstitutu (MHİ) “Azadlıq” qəzetinin əməkdaşı, tanınmış jurnalist Natiq Ədilovun Bakı şəhər Baş Polis İdarəsinə çağırılmasından, ona “Azadlıq” qəzetində dərc olunan yazılarına, sosial şəbəkələrdə paylaşdığı tənqidi məzmunlu düşüncələrinə görə Bakı şəhər Prokuroru adından xəbərdarlıq edilməsindən dərin narahatlığını bildirir.

İnstutdan SalamNews-a verilən məlumata görə, MHİ jurnalistlərin yazdıqları yazılara görə qanunsuz üsullarla çək-çevir edilməsinin yolverilməz olduğunu bəyan edir, son olayı ifadə azadlığının sıxışdırılmasına xidmət edən hüquqi əsassız addım kimi dəyərləndirir.

Natiq Ədilov “Azadlıq” qəzetində hökuməti sərt üslubda tənqid edən yazıları ilə tanınır. Jurnalist həm də müxalif Xalq Cəbhəsi Partiyasının mətbuat xidmətinin təmsilçisidir. Davamlı olaraq sosial şəbəkələrdə hökumətin siyasətini tənqid, müxalif siyasi qüvvələrin baxışlarını təşviq edən N.Ədilov son günlər hökumətin neft məhsullarının qiymtlərini artıran qərarını pisləyən statuslar paylaşırdı.

MHİ jurnalistə münasibətdə onun sahib olduğu yuxarıda sadalanan hüquq və azadlıqlara müdaxilə olunduğunu vurğulayır. MHİ hüquq mühafizə qurumlarının jurnalistlərin topluma çatdırdığı bilgilərin doğruluğunu araşdırmaq haqq vəzifəsinin, jurnalistlərdən nəyi isə soruşmaq səlahiyyətinin olduğunu qeyd edir. MHİ eyni zamanda vurğulayır ki, istənilən halda jurnalistlərlə davranış qanuni çərçivə içində olmalı, jurnalistlərin peşə azadlığına müdaxilə təşkil etməməlidir.

Xatırladaq ki, N.Ədilov dekabrın 4-də Bakı şəhər Baş Polis İdarəsinə çağırılıb. Bakı şəhər prokuroru Əziz Seyidov və idarənin rəisi Rafiq Abbasov tərəfindən tənqidi yazılarına görə sorğu-sual edilən jurnalistə Bakı şəhər prokuroru adından rəsmi xəbərdarlıq təqdim olunub. Xəbərdarlıq jurnalisti tənqidi yazılardan çəkindirmək məzmunundadır.

– See more at: http://salamnews.org/az/news/read/105389#sthash.FVBTg83V.dpuf

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO