Mehriban Əliyevanın fəaliyyətini əks etdirən kitab işıq üzü görüb

Mədəniyyət və Turizm Nazirliyinin növbəti layihəsi əsasında ingilis dilində “Culture and cultural masterpieces of Azerbaijan are unique the message to the future generations” (“Azərbaycanın mədəniyyəti və mədəni inciləri gələcək nəsillərə bənzərsiz ərməğandır”) kitabı işıq üzü görüb.

Kitabda Azərbaycanın birinci xanımı, millət vəkili Mehriban Əliyevanın mədəniyyət və incəsənət sahəsindəki fəaliyyəti geniş əksini tapıb. Nazirlikdən Lent.az-a verilən məlumata görə, 8 fəsildən ibarət kitabda Mehriban Əliyevanın 1995-2009-cu illərdə mədəniyyət sahəsində çox şaxəli fəaliyyəti əks olunur.

Kitabın ön sözünün müəllifi mədəniyyət və turizm naziri Əbülfəs Qarayevdir. Kitabda çoxlu sayda maraqlı və ilk dəfə oxuculara təqdim olunan şəkillər verilib. “Culture and cultural masterpieces of Azerbaijan are unique the message to the future generations” kitabının hazırlanmasında Prezident Kitabxanasının da böyük əməyi olub. Kitabda AzərTac-ın materiallarından geniş istifadə edilib.

Yaxın günlərdə kitab geniş ictimaiyyətə təqdim olunacaq.

Hazırda Mədəniyyət və Turizm Nazirliyi tərəfindən kitabın elektron versiyası hazırlanır.
Xəyalə

LENT.AZ

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO