“Mediaforum” bu həftə fəaliyyətini bərpa edə bilməyəcək

17 mərtəbəli bina sakinləri də işıqsız və telefonsuz qalıblar
“Mediaforum” saytı fəaliyyətini gələn həftənin əvvəlində bərpa edə bilər.
Bu barədə Lent.az-a açıqlamasında saytın baş redaktorunun müavini Hikmət Sabiroğlu məlumat verib.
Hikmət Sabiroğlu deyib ki, buna səbəb “Mediaforum”un da redaksiyasının yerləşdiyi Həsən bəy Zərdabi prospekti, 71 A ünvandakı 17 mərtəbəli binada fevralın 9-da, axşam saatlarında baş verən yanğının nəticələrinin hələ də aradan qaldırılmamasıdır.

Həmin binanın bütün elektrik və telefon xətləri yanğın zamanı sıradan çıxıb. Hazırda elektrik və telefon xətlərinin bərpası davam edir. Hikmət Sabiroğlu bildirib ki, hazırda “Mediaforum”un redaksiyasında və bütövlükdə 17 mərtəbəli binada işıq yoxdur, telefonlar işləmir: “Zəruri avadanlıq redaksiyada yerləşdiyi üçün sayta giriş də mümkün deyil. Bizim fəaliyyətimiz yalnız telefon və elektrik xətlərinin bərpasından sonra mümkün olacaq”.

Baş redaktorun müavini bildirib ki, “Mediaforum”un redaksiyası bu binanın 17-ci mərtəbəsindədir və ayrıca “Mediaforum” üçün işıq çəkilməsindən söhbət gedə bilməz: “Bütövlükdə binanın elektrik və telefon problemi həll olunmalıdır. Təmir işlərinin də gələn həftənin əvvəlində başa çatacağını bildirirlər”.

LENT.AZ

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO