Media və seçki prosesi: qanunvericilik və qabaqcıl təcrübə” adlı kitab işıq üzü görüb

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) və Söz Azadlığını Müdafiə Fondunun (SAMF) dəstəyilə “Media və seçki prosesi: qanunvericilik və qabaqcıl təcrübə” adlı kitab işıq üzü görüb. Kitabda seçki dövründə medianın mühüm əhəmiyyət kəsb etdiyi vurğulanır, eyni zamanda seçki ilə əlaqədar bir sıra KİV orqanlarının hazırlıq işlərinin necə aparıldığı yer alıb. Bundan başqa kitabda mövcud seçki qanunvericiliyində KİV-lərə aid müddəalar və onların tənzimlənməsi məsələləri geniş formada əks olunub. Dünyanın inkişaf etmiş ölkələrində medianın seçkilərdə rolu, bu sahənin qanunla tənzimlənməsi, jurnalistlərin hüquqları və digər məsələlər kitaba daxil edilib. Kitabın redaksiya heyəti bu nəşrin Azərbaycanda fəaliyyət göstərən KİV-nə bir töhvə olacağına əmindir. Oktyabrın 20-i saat 11-00-da “TREND” Xəbərlər Şirkətinin konfrans zalında kitabın təqdimat mərasimi keçiriləcək. Tədbirə QHT və KİV təmsilçiləri dəvətlidirlər.
Hörmətli dostlar Sizin hər birinizi tədbirə dəvət edir və əməkdaşlığımıza görə Sizə əvvəlcədən təşəkkürümüzü bildiririk.
Söz Azadlığını Müdafiə Fondu

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO