«Media və cəmiyyət münasibətlərində media müzakirələri» layihəsinin icrasına başlanılıb

Azərbaycan Mətbuat Şurası və ATƏT-in Bakı ofisi «Media və cəmiyyət münasibətlərində media müzakirələri» adlı yeni layihəyənin icrasına başlayıblar.

AMŞ-dən məlumata istinadla SalamNews xəbər verir ki, layihədən məqsəd Azərbaycan mediasının aktual problemlərini qruplaşdırmaqla, onların geniş ictimaiyyətə təqdimatını həyata keçirməklə cəmiyyətin həmin problemlərin aradan qaldırılmasına səmərəli təsir mexanizminin formalaşmasına dəstək göstərməkdən ibarətdir.

Ə.Amaşov bildirib: “Əsas hədəflərdən biri də Azərbaycan jurnalistikasını vətəndaşlar üçün daha yaxın etmək, cəmiyyətlə medianın əlaqələrini möhkəmləndirməkdir. İlin sonunadək həyata keçiriləcək layihə çərçivəsində ATƏT-in Bakı ofisinin, Mətbuat Şurasının, ölkənin tanınan, ictimai rəyə təsir göstərən kütləvi informasiya vasitələrinin təmsilçiləri, media ekspertlərinin iştirakı ilə «İctimai TV»də proqramların təşkili nəzərdə tutulur. Proqramlarda başlıca olaraq KİV-lərin iqtisadi çətinlikləri, jurnalistika təhsili, yeni media, diffamasiya və digər bu kimi məsələlər ətrafında müzakirələr təşkil olunacaq.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO