Media ombudsmanı üçün struktur yaradılır: yeni işçilər götürüləcək

Məlum olduğu kimi Azərbaycanda media ombudsmanının səlahiyyətlərini İnsan hüquqları üzrə Müvəkkil Elmira Süleymanova yerinə yetirəcək. Bir neçə ay öncə qanunla ona bu səlahiyyət verilib.
Modern.az saytının məlumatına görə, media ombudsmanın işinin təşkili ilə bağlı xüsusi hazırlıqlar görülür.
Bunu Ombudsman Aparatının mətbuat xidmətinin rəhbəri Zemfira Məhərrəmli təsdiq edib.

“Media ombudsmanı səlahiyyətlərinin icrası ilə bağlı strukturlaşmada yeni işçilər qəbul olunacaq”-deyə Zemfira Məhərrəmli Modern.az saytına açıqlamasında bildirib.

Onun sözlərinə görə, İnsan hüquqları üzrə Müvəkkilə media ombudsmanı səlahiyyətlərinin verilməsi ilə bağlı strukturlaşma işi hazırda davam etdirilir.

“Media ombudsman ilə bağlı strukturun yaradılması davam etdirilir və bununla əlaqədar yeni ştat vahidləri açılacaq. Yeni struktur vahidi, yeni bölmələr yaradılacaqsa, təbii ki, burada yeni səriştəli kadrların işə qəbulu aparılacaq”.

Media ombudsmanı işinin təşkili ilə bağlı İnsan hüquqları üzrə Müvəkkil Elmira Süleymanovanın iki dəfə məsləhətləşmə keçirdiyini deyən Z.Məhərrəmli növbəti belə görüşün QHT nümayəndələri ilə olacağını bildirib.

“Birinci məsləhətləşmə may ayının 31-də media mənsubları və jurnalsitlərlə keçirildi. İkinci məsləhətləşmə isə iyunun 7-də dövlət orqanlarının mətbuat xidmətlərinin rəhbərləri ilə keçirildi və qarşıda duran vəzifələr, bu istiqamətdə perspektivlər müəyyənləşdirildi. Elmira Süleymanova bu istiqamətdə məsələhətləşmələri davam etdiricək. Növbəti belə görüşün Qeyri-Hökümət Təşkilatlarının nümayəndələri ilə keçirilməsi nəzərdə tutulur”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO