“Media forum” nə vaxt açılacaq?

“Media forum” saytının redaksiyasının yerləşdiyi Həsən bəy Zərdabi prospekti, 71 A ünvandakı 17 mərtəbəli binada fevralın 9-da, axşam saatlarında baş verən yanğının nəticələrini hələ də tam aradan qaldırmaq mümkün olmayıb. Bu səbəbdən də “Media forum” saytı bir həftədir fəaliyyətini bərpa edə bilmir.

Hazırda sözügedən binada təmir-bərpa işlərinin davam etdirildiyini deyən saytın baş redaktoru Azər Qaraçənli Modern.az-a bildirib ki, fəaliyyətə nə vaxt başlayacaqları dəqiq bəlli deyil: “Saytın fəaliyyətinin bu həftənin əvvəlində bərpa olunacağı gözlənilirdi. Ancaq təmir işləri indi də davam etdirilir. Ofisimizdə nə telefon, nə də internet var. Saytımızın serveri ofisimizə yaxın yerləşdiyindən server sönüb. Bizə gözləmək qalır. Ümid edirik ki, həftə sonuna fəaliyyətimizi bərpa edəcəyik”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO