“Media FM” təqdimat keçirib. Yeni radionun jurnalı da olacaq

T.Əliyevin sözlərinə görə, yayımın ilk mərhələsində efirə “Bizlikdir” sosial verilişi (aparıcısı özüdür), “Açıq səsvermə” siyasi tok-şousu (aparıcısı Teymur), gənclər üçün “Ətdi-mətdi” radio-şousu (aparıcı DJ Fateh) və uşaqlar üçün “Böyük-böyük” verilişi (aparıcı Kübra Kərimli) ilə çıxmaq qərara alınıb. Radiostansiya hazırda səhər saat 10-dan axşam saat 6-dək doqquz dəfə xəbər bloku təqdim edir. Xəbərlərin aparıcısı Mədinə İsgəndərovadır. İcraçı direktor yaxın vaxtda “Media FM”in internet səhifəsinin işə düşəcəyini, radiostansiyanın dinləyiciləri üçün jurnalının buraxılacağını deyib. Yayımın əhatə dairəsini genişləndirmək də planlaşdırılır.

“Media FM”in hazırkı kollektivini ölkənin radio məkanında ən təcrübəli kolektiv kimi qiymətləndirilən T.Əliyev yeni aparıcıları da işə cəlb edəcəklərini vurğulayıb: “Peşəkar aparıcılara, jurnalistlərə bizimlə işləmək üçün təkliflər vermişik. Digər radiostansiyalardan fərqimiz öz işini bilənlərlə işləməyimizdir. Heç bir təkrarçılıqdan, qeyri-obyektivlikdən söhbət gedə bilməz”.

«Media forum»

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO