“Media Akademiya 4” layihəsinin açılış mərasimi keçirilib

İnformasiya texnologiyalarının müasir zamanda yüksək templə inkişafını, internet jurnalistikanın (internet radio, TV, bloq və s.) və gənclərin bu sahəyə marağını nəzərə alaraq “İRƏLİ” İctimai Birliyi “Media Akademiya 4” layihəsinin başlanmasını elan edib.

SalamNews xəbər verir ki, “BarBerry” klubda “Media Akademiya 4” layihəsinin açılış mərasimi və eyni zamanda “Media Akademiya 3” layihəsinin məzun gecəsi keçirilib. Media Akademiyası layihənin əsas məqsədi Azərbaycanda media sahəsində peşəkar gənclərin hazırlanması, medianın perspektivli sahələrində yüksək dünyagörüşlü, savadlı gəncləri üzə çıxarmaq, onların bu istiqamətdə fəaliyyətini düzgün yönləndirmək, peşəkar gənc jurnalistlər yetişdirməkdir.

Tədbirdə “İRƏLİ” İctimai Birliyinin sədri Rauf Mərdiyev, millət vəkili Ceyhun Osmanlı, media kapitanlar, jurnalistlər, özəl qurumların təmsilçiləri, “Media Akademiya” layihəsinin müəllim heyəti və iştirakçıları iştirak edib.

“İRƏLİ” sədri Rauf Mərdiyev çıxış edərək qeyd edib ki, artıq “İRƏLİ” “Media Akademiya” layihəsi ölkədə brendə çevrilən, həmçinin arxasında real uğur hekayəsi olan bir layihədir. “Bundan sonra da onun davamlılığını saxlayaraq cəmiyyət üçün gənc jurnalist yetişdirməyə davam edəcəyik”, – Rauf Mərdiyev deyib.

Qeyd edək ki, “Media Akademiya 4” layihəsi çərçivəsində 25 nəfər gənc qarşıdakı 3 ay ərzində jurnalistikanın sirrlərinə yiyələnəcək.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO