Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycanda ən qədim kitab, əlyazma və kitab abidələri müəyyən edilir

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycanda ən qədim kitab, əlyazma və kitab abidələri müəyyən edilirAzərbaycan Respublikası Prezidentinin 2007-ci il 11 aprel tarixli “Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması Qaydaları”nın təsdiq edilməsi barədə Fərmanı imzalandıqdan sonra Mədəniyyət və Turizm Nazirliyində respublikada mövcud olan unikal və nadir nüsxəli kitabların, xüsusi əhəmiyyətli nəşrlərin, əlyazmaların və s. aşkar edilməsi işinə başlanılıb.
Bununla əlaqədar Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycan Respublikasında milli-mədəni irsin mühafizəsi və gələcək nəsillərə çatdırılması sahəsində dövlət siyasətinin müəyyən etdiyi qanunvericilik aktları və digər qanun və sərəncamlara müvafiq olaraq “Kitab abidələri haqqında” Əsasnamə hazırlanıb.
Bugünədək olan məlumata əsasən Nazirlik tərəfindən 3566 adda müxtəlif formada kitab abidəsi dövlət reyestrinə daxil edilib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO