Mədəniyyət telekanalının yaradılması ilə bağlı elan olunan müsabiqənin müddəti uzadıla bilər

Mədəniyyət telekanalının yaradılması ilə bağlı elan olunan müsabiqənin müddəti uzadıla bilərAzərbaycanda mədəniyyət telekanalının yaradılması ilə bağlı Milli Teleradio Şurasının (MTRŞ) elan etdiyi müsabiqəyə bu günədək rəsmi şəkildə sənəd təqdim edən olmayıb. Bu barədə MTRŞ sədri Nuşirəvan Məhərrəmli məlumat verib. Bununla belə, N. Məhərrəmlinin sözlərinə görə, müsabiqə və şərtlərlə maraqlananlar var. Şura sədri qeyd edib ki, elan edilmiş müddətə müraciətlər olmazsa, müsabiqənin vaxtı uzadıla bilər. Qeyd edək ki, MTRŞ iyulun 30-da mədəniyyət telekanalının açılması ilə bağlı müsabiqə elan edib. Müsabiqəyə sənəd qəbulunun müddəti sentyabrın 15-də başa çatır.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO