“Mədəniyyət” telekanalı ilin sonunadək ölkə ərazisinin 60-70 faizində yayımlanacaq

Bu barədə APA-ya Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Teleradio” İstehsalat Birliyinin texniki direktoru Mikayıl Abbasov bildirib. Onun sözlərinə görə, hələlik “Mədəniyyət” kanalı Bakı, Gəncə, Lerik, Şəki, Qubada və onlara yaxın ərazilərdə yayımlanacaq.

Mədəniyyət kanalının yayıma başlaması ilə əlaqədar “Space” televiziyasının Türksat 3 A peykindəki yayım tezliyi də dəyişib. M. Abbasovun sözlərinə görə, Türksat 3A peykində yayımlanmaq üçün “Azərbaycan” paketi təşkil olunanda “Mədəniyyət” kanalının da orada yayımlanması nəzərdə tutulmuşdu: “”Mədəniyyət” kanalının yayıma başlaması bir qədər gecikdiyindən “Space” televiziyası müvəqqəti olaraq həmin paketə daxil edilmişdi. İndiyədək ”Space” televiziyası AzTV, İTV, “İdman-Azərbaycan” və “ATV İnt” ilə birgə mövcud “Azərbaycan” paketinin tərkibində – 10968 GHz tezliyində yayımlanıb. İndi “Mədəniyyət” kanalı da həmin tezlikdə yayımlanacaq. “Space” televiziyasının özünün “Türksat”la müqaviləsi var. Müqaviləyə əsasən, fevralın 4-dən “Space” 12577 GHz tezliyində yayıma başlayıb”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO