Mədəniyyət Kitabxananın veb-səhifəsi dünya şöhrətli korifeylərimiz haqqında məqalələr təqdim edir

 Mədəniyyət    Kitabxananın veb-səhifəsi dünya şöhrətli korifeylərimiz haqqında məqalələr  təqdim edirSəbail Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində oxuculara Azərbaycan musiqi sənətinin korifeyləri haqqında müntəzəm məlumat verilir.
AzərTAc xəbər verir ki, kitabxananın zəngin veb-səhifəsi ölkəmizdə və eləcə də dünyada tanınmış sənətkarlarımız haqqında məqalələri müntəzəm olaraq oxucuların diqqətinə təqdim edir. Bu baxımdan “Fikrət Əmirovu xatırlayarkən” və “Ustad Niyazi – musiqi ilə bağlı ömür” məqalələri böyük maraq doğurur. Hər iki məqalədə böyük sənətkarlarımızın həyat və yaradıcılıqları, Azərbaycan musiqi sənətimizin inkişafında rolu, əsərlərində milli musiqi ənənələrimizlə dünya musiqi nailiyyətlərinin üzvi şəkildə qovuşmasına dair geniş məlumat verilmişdir.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO