Mədəniyyət kanalının kollektivi formalaşdı

Azərbaycanda Mədəniyyət kanalı 2011-ci il fevralın 1-də efirə cıxacaq. Bu barədə “Qafqazinfo”ya məlumat AzTV-dən daxil olub.

Məlumata görə, televiziyanın artıq efirə hazırlanmasına başlanıb. Uzun müddət AzTV-də çalışan Fuad Vəlixanov isə televiziyaya proqram direktoru təyin olunub. Hazırda televiziyaya kollektivin toplanmasına başlanılıb, işçilərin bir hissəsi seçilib, verilişlərin üzərində iş aparılır. Kanalın efir vaxtı hələlik 12 saat nəzərdə tutulub. Əsas kollektiv AzTV-nin öz potensialı hesabına formalaşdırılıb. Elə kanalın qərargahı da AzTV-də yerləşəcək.

Televiziyada gəzən söhbətlərə görə, Mədəniyyət Kanalına rəhbər Nadir Axundov təyin ediləcək. Qeyd edək ki, N. Axundov hazırda AzTV-nin Musiqi Departamentinin rəhbəridir.

Xatırladaq ki, Mədəniyyət Kanalı ilə bağlı keçirilən müsabiqədə AzTV qalib olub.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO