Mədəniyyət -A +A Kitabxanada “Görkəmli Xalq Rəssamı Tahir Salahov 83” adlı sərgi açılmışdır

Xətai Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin mərkəzi kitabxanasında “Görkəmli Xalq Rəssamı Tahir Salahov 83” adlı sərgi açılmışdır.
AzərTAc xəbər verir ki, sərgi Tahir Salahovun doğum günü münasibətilə təşkil edilmişdir.
Sərgidə Xalq Rəssamının yaradıcılığı haqqında məlumat verilmişdir. Bildirilmişdir ki, Azərbaycanın müasir rəssamlıq məktəbinin görkəmli nümayəndəsi T.Salahov yaratdığı əsərlərlə milli mədəniyyətimizə özünəməxsus töhfələr verməklə yanaşı, onu dünyada təbliğ etmişdir. Rəssamın əsərləri dünyanın mötəbər muzeylərində və qalereyalarında, şəxsi kolleksiyalarda saxlanılır. Onun şah əsərlərindən biri müasir Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin portretidir.
Sonra kitabxananın əməkdaşları, fəal oxucular, 171 və 195 nömrəli məktəbin şagirdləri sərgiyə baxış keçirmiş, onun əsərləri, həyat və yaradıcılığı ilə yaxından tanış olmuşlar.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO