“MaxTV ” Azərbaycanla bağlı veriliş hazırlayacaq

Niderland Krallığının məşhur “MaxTV” televiziya kanalının nümayəndə heyəti ölkəmizə dair veriliş hazırlamaq məqsədilə Azərbaycanda səfərdədirlər. Bu barədə SİA-ya Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.

Səfər 2-9 oktyabrı əhatə edəcək. Səfərin əsas məqsədi Azərbaycanın qədim tarixi, zəngin mədəniyyəti, füsunkar təbiəti, turizm infrastrukturu, eləcə də, ölkəmizin müasirliyini, tolerantlığını hollandlara, bütövlükdə Avropaya tanıtmaqdan və avropalıların Azərbaycana marağının artırılmasına nail olmaqdan ibarətdir.

Çəkiliş heyətinin səfəri zamanı son illər Respublikamızda baş verən hərtərəfli dinamik inkişaf, Bakının tarixi və müasir binaları, həyata keçirilən yeni layihələr, Bakı ətrafında yeni və köhnə neft platformaları, Azərbaycanın qədim xalçaçılıq sənəti, qədim inanclara hörmət və tolerantlıq, “Eurovision” mahnı müsabiqsinə hazırlıq və başqa mövzulara diqqət yetiriləcəyi planlaşdırılır. Çəkiliş heyəti, paytaxtla yanaşı İsmayıllı, Qəbələ, Şəki və Quba rayonuna da səfər etmək niyyətindədir.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO