Mais Məmmədov: “ANS-in rəhbərliyi onu cəzalandırıb “

ANS Şirkətlər Qrupu prezidentinin mətbuat məsələləri üzrə müşaviri Mais Məmmədov aparıcı Mətanət Əliverdiyevanın telekanaldan istefa verməsi xəbərinə münasibət bildirib.

Kanalın rəsmisi 525.az-a açıqlamasında aparıcının rəhbərlik tərəfindən cəzalandırıldığını deyib: “Mən bildiyimə görə o rəhbərlik tərəfindən cəzalandırılıb. Bu səbəbdən ərizə yazaraq işdən ayrılıb”.

Xatırladaq ki, bu gün qafqazinfo.az saytı aparıcının telekanaldan ayrılması haqda xəbər yayıb. Xəbərdə bildirilir ki, M. Əliverdiyevanın istefasına onun əməkhaqqının kəsilməsi olub. Belə ki, o, “Unibank”ın reklam rolikini səsləndirib. Bunun müqabilində isə qonarar alıb. ANS səlahiyyətliləri isə rəhbərliklə razılaşmadan onun başqa layihədə iştirak etdiyini əsas gətirərək əməkhaqqını azaldıb. Bundan başqa aparıcını radiodakı işdən çıxararaq aşağı ranqlı işə təyin edib. Bundan narazı qalan M. Əliverdiyeva teleşirkətlə əməkdaşlığına son verib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO