Mətbuat Şurasında hərbi jurnalistin kitabının təqdimatı olub

Mətbuat Şurasında hərbi jurnalist, ehtiyatda olan polkovnik-leytenant İbrahim Məsimoğlunun «İlk briqadanın ibrətli döyüş dərsləri» kitabının təqdimat mərasimi keçirilib.

SalamNews-un xəbərinə görə, tədbirdə AMŞ sədri Əflatun Amaşov bildirib ki, cəmiyyətdə vətənpərvərlik hisslərinin təbliğinə hər zaman böyük ehtiyac duyulub. Şuranın sədri belə nəşrlərin gənc nəslə örnək kimi təqdim edilməsinin zəruriliyini əsaslandırıb.

Ə.Amaşov ərsəyə gətirdiyi yaradıcılıq nümunəsinə görə İ.Məsimoğlunu MŞ-nin diplomu ilə təltif edib.

Tədbirdə hərbi jurnalist və ekspert Üzeyir Cəfərov, 701 saylı hərbi hissənin Veteranlar Şurasının sədri Əlirza Qənizadə, «Paralel» qəzetinin baş redaktoru Tapdıq Abbas və başqaları hərbi vətənpərvərlik təbliğatının düzgün qurulmasında ömrünü-gününü torpaqlarımızın müdafiəsinə həsr etmiş şəxslərin əməyindən istifadənin vacibliyini önə çəkiblər. Belə adamların ictimai həyatda fəal iştirakının təminatı üçün stimullaşdırıcı tədbirlərin təşkilinə ehtiyacın duyulduğunu deyilib.

Sonda çıxış edən İ.Məsimoğlu yaradıcılığına verilən dəyərə görə toplantı iştirakçılarına təşəkkürünü bildirib.

– See more at: http://salamnews.org/az/news/read/130595#sthash.tQieHij9.dpuf

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO