Məmməd Nazimoğlu

Jurnalist Məmməd Nazimoğlunun fotosöhbəti (oğlu Orxanın dili ilə).
Məmməd Nazimoğlu 1959-cu il sentyabrın 28-də Ağdaş rayonunun Qobuüstü kəndində doğulub. 1983-cü ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Ölkənin ilk müstəqil nəşrlərindən olan “Aydınlıq” qəzetinin yaradıcılarındandır. “Xalq qəzeti”nin baş redaktor müavini, “Ulus” qəzetinin baş redaktoru, “Avropa”, “Yeni Müsavat”, “Azadlıq”, “Şans” qəzetlərinin, “525-ci qəzet”in yazarı, ANS telekanalında efirə gedən “Qulp” verilişinin müəlliflərindən, Söz Azadlığını Müdafiə Fondunun icraçı direktoru olub. Məmməd Nazimoğlu 2008-ci il iyulun 6-da vəfat edib. Yaşasaydı dəyərli həmkarımız bu il sentyabrın 28-də 50 illik yubileyini qeyd edəcəkdi. Onun fotolarını oğlu Oqxan təqdim edir.
Məmməd Nazimoğlu

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO