Mətbuat Şurası evsiz jurnalistlərlə bağlı redaksiyalara məktub göndərdi

Azərbaycan Mətbuat Şurası jurnalistlər üçün tikilmiş çoxmərtəbəli evin mənzillərinə namizədlərin müəyyənləşdirilməsi üçün redaksiyalara məktub göndərib. Modern.az-ın məlumatına görə, Mətbuat Şurasından redaksiyalara göndərilən məktublarda jurnalistlərdən kimin mənzil almağa daha layiqli olduğunu müəyyənləşdirmək üçün KİV rəhbərlərinə iclas çağrmaq tövsiyə olunub.

Mətbuat Şurasının şərtlərinə görə, son 3 ildə mütəmadi olaraq yayımlanan KİV (qəzet, jurnal, informasiya agentliyi və internet xəbər portalı) həmin redaksiyada 3 il fəaliyyət göstərmiş və ümumilikdə 10 il jurnalistlik təcrübəsinə malik əməkdaşlarının adlarını namizəd kimi irəli sürə bilər.
Gündəlik qəzetlər və informasiya agentlikləri 3-dək, həftəlik qəzetlər, jurnallar və xəbər portalları 1 namizəd müəyyənləşdirə bilər.

Evsiz jurnalistlərlə bağlı sənədlər redaksiyalar tərəfindən Mətbuat Şurasına təqdim olunmalı, Şura isə öz növbəsində həmin materialları Azərbaycan Respublikasının Prezidenti Administrasiyasına göndərməlidir.

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO