Los – Anceles erməniləri amerikan jurnalisti hiddətləndirib

Los-Ancelesin erməni icmasında qalmaqal baş verib. Belə ki, “AM 640” radiostansiyasının aparıcısı Bill Xendel erməni icmasına hücum xarakterli çıxış edib. O deyib: “Nə qədər ki, Kaliforniyada ermənilər yaşayır, oranın maliyyə-iqtisadi problemləri düzəlməyəcək. Odur ki, erməniləri Kaliforniyadan qovmaq lazımdır. Amerikalı jurnalist daha sonra kinayəli şəkildə erməni soyadlarını ələ salaraq gülüb.

Jurnalistin bu cür anti-erməni çıxışı erməni icması üzvlərinin səbr kasasını daşırıb. Onlar bu cümə məşhur jurnalist kimi Bill Xendelə Hollivud ulduzu verilməsi və adının məşhur Hollivud xiyabanında həkk edilməsi mərasiminin keçiriləcəyini bilib Hollivudda yığışaraq erməni əleyhdarı olan yəhudi jurnalistə öz etirazlarını bildirmək qərarına gəliblər.

www.vesti.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO