“Ləçəklər ” adlı antologiya

"Ləçəklər" adlı antologiyaRusiyanın Perm şəhərində həmyerlimiz İlham Qimayət oğlu Əliyevin tərtib etdiyi Azərbaycan ədiblərinin seçilmiş əsərlərindən ibarət “Лепестки” (“Ləçəklər”) antologiyası işıq üzü görüb. Kitabda ensiklopedik məlumat xarakterli yazılar və rusdilli oxucu üçün zəruri şərhlər də yer alıb.
Rusiya və Azərbaycanın dövlət himnləri ilə açılan kitabda “Koroğlu” və “Qaçaq Nəbi” dastanlarından parçalar, “Küçələrə su səpmişəm” xalq mahnısı, Nizami Gəncəvi, Məhsəti Gəncəvi, Həsənoğlu, İmadəddin Nəsimi, Şah İsmayıl Xətai və başqa Azərbaycan ədiblərinin yaradıcılıqları yer alıb. Yeni nəşrdəki əsərlərin, oxucu auditoriyasının xüsusiyyəti nəzərə alınaraq, rus dilindən əlavə Azərbaycan və qismən ingilis dilində də tərcümələri verilib.
Azərbaycanın tanınmış xalçaçı rəssamı Dilavər Eynulla qızı kitaba nəfis tərtibat verib.
Kitabın redaktoru E.Rzazadədir.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO