Litvada xəbər portalı redaksiyasının əməkdaşları təxliyyə ediliblər

Litvanın paytaxtı Vilnüsdə “Delfi” xəbər internet-portalının əməkdaşları bu gün redaksiyaya təhdid və şübhəli tozun olduğu zərflərin gəlməyindən sonra təxliyyə ediliblər.

SalamNews-un RİA “Novosti”yə istinadla verdiyi xəbərə görə, zərfin içərisində şübhəli maddənin olmağı barədə məlumat alan kimi hadisə yerinə yanğınsöndürən-xilasedicilər, ictimai sağlamlıq mərkəzinin mütəxəssisləri və polis gəlib. Bağlamanın açıldığı yer təcrid edilib.

Məktubda “Delfi” baş redaktorunun ünvanına təhdidlər və tabut rəsmi yer alır, Parisdəki hadisələr barədə danışılır.

Zərfi Portalın baş redaktoru Monika Qarbaçyauskayte-Budrene açıb.

Polis nümayəndələri təhlükə səviyyəsinin aydın olmadığını bildiriblər.

Bu səbəbdən redaksiyadakı insanların təxliyyəsi barədə qərar qəbul edilib.

– See more at: http://salamnews.org/az/news/read/159172#sthash.zHvVeNtM.dpuf

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO