“Əli və Nino” kitab evinin onlayn dükanı ilin ən yaxşı saytı oldu

Mayın 24-də NETTY-2011 Azərbaycan Milli İnternet Mükafatının qalibləri elan olundu. “Əli və Nino” kitab evlərinin onlayn dükanı «İlin ən yaxşı kommersiya saytı” nominasiyasında qalib gəldi.

“Əli və Nino” kitab evinin rəhbəri Nigar Köçərli ilk internet dükanının mükafat almasından çox məmnundur: “Biz çox sevinirik ki, Azərbaycanın ilk kitab internet dükanı nüfuzlu mükafata nail oldu. İnternet dükanımız yalnız Bakıda yox, eləcə də regionlarda kitab əldə etməyə imkan yaradır. Bölgələrdə kitab dükanları yoxdur və bütün kitabsevərlər üçün bu, yeganə şansdır. Saytımızda 5000-dən çox kitab var. Ən son Azərbaycan və dünya ədəbiyyatının nümunələrini təbliğ etməkdə davam edəcəyik”.

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO