Əli Həsənov Azərbaycan və Türkiyə jurnalistlərinə çağırış etdi

Prezident Administrasiyasının İctimai – siyasi şöbəsinin müdüri Əli Həsənov bu gün Türkiyənin Azərbaycandakı səfirliyində keçirilən tədbirdə Azərbaycan və Türkiyə jurnalistlərinə çağırış edib. Modern.az-ın məlumatına görə, o, bu çağırışı Türkiyənin Azərbaycandakı səfirliyinin sabiq mətbuat attaşesi Türqut Ərin “Azadlıqdan tiranlığa” adlı kitabında yazılanlara münasibət bildirərkən edib.

Ə.Həsənov deyib ki, Mustafa Kamal Atatürk və Heydər Əliyev Türk dünyasının elə şəxsiyyətləridir ki, onlar KİV-də müzakirə mövzusuna çevrilə bilməz.

“Hansısa bir uydurma kitabda bizim ulu öndər müzakirə mövzusuna çevrilə bilməz. Ona görə də Turqut Ərin yazdıqları nəinki onun özünə, onun xidmət etdiyi diplomat peşəsinə və təmsil etdiyi ölkəyə də başucalığı gətirmir”.

Ə.Həsənov üzünü Azərbaybaycan və Türkiyə jurnalistlərinə tutaraq onları diqqətli olmağa, öz media orqanlarını xarici maraqların tribunasına çevirməməyə çağırıb.

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO