Əli Əhmədov: «Dini etiqad azadlığı haqqında» qanunda dəyişikliklər edilməlidir

Deputatın dediyinə görə, bir çox ölkələr Azərbaycanın tolerantlığından müvafiq nümunə kimi istifadə edə bilərlər: «Bu həqiqət Azərbaycandakı fundamental həqiqətlərdəndir və ümummilli lider Heydər Əliyevin fəaliyyəti sayəsində yaradılmışdır. Şübhəsiz ölkəmiz müsəlman ölkələrinə aiddir və vətəndaşların əksəriyyəti islam dininə etiqad edirlər. Lakin biz, eyni zamanda başqa dinlərə də hörmətlə yanaşırıq, çünki onların hamısında müəyyən dərəcədə müsbət nüanslar üstünlük təşkil edir.
Əgər islam və başqa dinlərin müxtəlif cərəyanları insanları pak etiqada cəlb etməklə məşğul olarlarsa, bu heç bir narazılıq və narahatlığa səbəb olmaz, çünki Azərbaycan bir demokratik dövlət olaraq bütün dinlərə hörmətlə yanaşır». Lakin Ə.Əhmədov güman edir ki, bəzi hallarda ayrı-ayrı dini cərəyanlar etiqadın təbliği adı altında tam başqa istiqamətdə fəaliyyət göstərirlər: «Beləliklə, bəzi hallarda, öz hərəkətlərini dinin təbliği kimi «qələmə verən» şəxslər meydana çıxır. Qeyd edim ki, əksər hallarda bu insanlar və müəyyən mərkəzlər siyasi məqsədlər güdürlər. Belə olan təqdirdə aydın olur ki, bu dini cərəyanlar dövlətin ziddinə fəaliyyət göstərirlər. Öz növbəsində bu faktor fövqəladə narahatlığa səbəb olurlar, çünki tolerantlıqdan sui-istifadə faktlarına daha tez-tez təsadüf olunur. Azərbaycanda geosiyasi vəziyyəti, onun sürətlə inkişafını nəzərə alaraq, eləcə də qonşu ölkələrin ərazilərində baş verən prosesləri qiymətləndirərək biz, kiminsə ölkəmizdəki tolerantlıqdan istifadə etməsinə və Azərbaycanın zərərinə fəaliyyət göstərməsinə icazə verə bilmərik. Əgər dövlətdə belə dini cərəyanlar yaranarsa, onları təcili üzə çıxarmaq lazımdır. Biz sıravi vətəndaşların hüquqlarını pozmayaq Azərbaycanın maraqlarını qorumalıyıq. Ola bilsin ki, bu zaman baş verən prosesləri dərk etmək bir az çətin olacaq, bir sıra problemlər meydana çıxacaq, ona görə də bütün hərəkətlər əvvəlcədən diqqətlə düşünülməlidir. Beləliklə, mən hesab edirəm ki, bununla bağlı tələsik qərarlar qəbul etmək lazım deyil».

Mənbə: «demaz.org»

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO