İlham Əliyev jurnalistə “Tərəqqi” medalı verdi

Prezident İlham Əliyev Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin yaradılmasının 20 illik yubileyi münasibətilə və idmanın inkişafında xidmətlərinə görə bir qrup şəxsi “Tərəqqi” medalı ilə təltif edib.
Modern.az saytının məlumatına görə, təltif edilənlərdən biri jurnalist Qabil Mehdiyevdir.
Q.Mehdiyev 2000-ci ildən bu günədək Gənclər və İdman Nazirliyinin “İdman” qəzetində baş redaktor vəzifəsində çalışır.
O, bununla paralel olaraq Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsini də icra edir. 2009-cu ildən “Əməkdar jurnalist” fəxri adı daşıyır.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO