Leonardo Da Vinçinin anası azərbaycanlıdır?

Tədqiqatçılar onun anasının Azərbaycandan olduğunu iddia edir
İntibah dövrünün dahilərindən biri olan məşhur rəssam Leonardo Da Vinçi sən demə, azərbaycanlı imiş.

Deyilənə görə, rəssamın müsəlman anasının vətəni Cənubi Qafqaz dağları və Xəzər dənizi arasında yerləşən Azərbaycandır. Bu barədə ötən gün Kanadanın “National Library and Archives”-də Azərbaycan və Türkiyə səfirliklərinin birgə təşkil etdikləri mühazirə zamanı məlumat verilib.

Da Vinçini tədqiqatı ilə məşğul olan tədqiqatçı Louis Buff Parry mühazirə zamanı olduqca maraqlı faktların üstünü açıb. Onun sözlərinə görə, rəssamın barmaq izi üzərində aparılan tədqiqat zamanı onun anasının İtaliyaya qul kimi aparıldığı məlum olub.

Da Vinçinin anası “Katerina” adlı sadə kəndli qadın olub. Bu ad həmin dövrdə Asiyadan gətirilən və Konstantinopolda (indiki İstanbul) satılan qullara verilən ümumi ad olub. Atası Piero Fruosina isə notariusda çalışıb. Onun valideynlərinin heç biri evli olmayıb.

Hazırda tədqiqatçılar onun anasının satış vərəqəsini axtarırlar, çünki məhz bunun sayəsində qadının həqiqətən Şərqi Avropa və Qərbi Asiyanı birləşdirən Azərbaycandan olduğu sübut ediləcək.

Parry mühazirdə “Leonardo Da Vinçi və onun anası Katerinanın Şərqi sirləri” başlıqlı olduqca mühüm materiallar təqdim edib.

Qeyd edək ki, Leanardo Da Vinçinin tədqiqatları hələ də davam etdirilir.

Xatırladaq ki, Leanardo Da Vinçi rəssam olmaqla yanaşı alim, memar, botanik, musiqiçi və yazıçı olub. Onun rəsm əsərləri arasında “Mona Liza” və “Last Supper” dünya şöhrətli əsərlər hesab olunur. Əsərlərindən məlum olur ki, o, anasının doğulduğu torpaqlarda da olub. Onun Türkiyə maliyyə naziri Sultan II Bəyaizdə ünvanladığı məktubların birində İslam dininə olan inanclarından da bəhs edilib.

anspress.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO