“Le Monde” qəzetini rusiyalı biznesmen almaq istəyir

Ruslar Avropada nüfuzlu nəşrləri almaqda davam edirlər

Fransanın ən məşhur qəzetlərindən olan “Le Monde” qəzetini rusiyalı biznesmen Qleb Fetisov almaq istəyir.

Lent.az-ın “Exo Moskvı” radiosuna istinadən verdiyi məlumata görə, rusiyalı biznesmen artıq “Le Monde”un hazırkı sahibinə qəzetin səhmlərini almaq barədə təklif göndərib.
Qeyd edək ki, sol-mərkəz baxışları müdafiə edən “Le Monde” qəzeti 1944-cü ildən nəşr olunur və Fransada ictimai rəyə təsir edən ən nüfuzlu qəzetlərdən biridir. Hazırda bu gündəlik qəzetin tirajı 300 min nüsxədir. Qəzet borcları səbəbindən ixtisarlara əl atıb, ancaq vəziyyətdən çıxa bilməyib. Yaxın müddətdə 100 milyon dollarlıq borcu da ödəməlidir.

Qleb Fetisov bəyan edib ki, maliyyə məsələlərin həll edəcək, jurnalistlərin fəaliyyətinə hər hansı maneə yaratmayacaq.

Qeyd edək ki, bundan əvvəl Böyük Britaniyanın da bir neçə məşhur qəzetini rusiyalı milyarderlər alıblar.

LENT.AZ

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO