Lənkəranda “Yaşıl Çay” jurnalının 1 illik yubileyi qeyd olunub

Lənkəranda “Yaşıl Çay” jurnalının 1 illik yubileyi təntənə ilə qeyd olunub.

SalamNews-un bölgə müxbirinin sözlərinə görə, tədbirə Lənkəran şəhər İcra Hakimiyyətinin Başçısı Taleh Qaraşov, Mətbuat Şurasının sədri Əflatun Amaşov, rayon rəsmiləri, çayçılıq üzrə ixtisaslaşmış mütəxəssislərlə yanaşı, respublikanın tanınmış yazarları, qəzet redaktorları, Mətbuat Şurasının səlahiyyətliləri qatılıblar.

T.Qaraşov “Yaşıl Çay” jurnalının kollektivini yubiley münasibəti ilə təbrik edərək ölkədə Azərbaycan çayının əvvəlki şöhrətinin qaytarılması istiqamətində jurnalın apardığı səmərəli işi yüksək dəyərləndirib.

Jurnalın redaktoru Sərraf Talıbov nəşrin 1 illik fəaliyyəti barədə məlumat verib.

Ə.Amaşov, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu , “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev, çayçı alim Fərman Quliyev və başqaları yaradıcı kollektivə uğurlar arzulayıblar.

Sonra jurnalın kollektivi Fəxri fərmanla təltif edilib, qiymətli hədiyyə ilə mükafatlandırılıblar.

Yaradıcı kollektivə MŞ-nın xüsusi diplomu təqdim olunub.

– See more at: http://salamnews.org/az/news/read/92723/lenkeranda-ldquoyashil-ccedilayrdquo-jurnalinin-1-illik-yubileyi-qeyd-olunub/#sthash.QnJgwWqC.dpuf

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO