KİV rəhbərləri ilə iri biznesmenlərin görüşlərinə hazırlıq başlayıb

Azərbaycan Mətbuat Şurası reklam bazarının inkişaf etdirilməsi, mətbuat orqanlarına reklamların verilməsini zəruri sayır.

Belə bir açıqlama ilə çıxış edən qurumun sədri Əflatun Amaşov deyib ki, rəhbərlik etdiyi qurum hazırda bu istiqamətdə işləyir.(“OLAYLAR”)”Biz Mətbuat Şurası olaraq, korporativ sosial məsuliyyət adlı layihə həyata keçirməyi nəzərdə tutmuşuq. Həmin layihə çərçivəsində kütləvi informasiya vasitələri rəhbərlərinin ayrı-ayrı şirkət, müəssisə və biznes qurumlarının rəhbərlərilə görüşləri təşkil olunacaq. Həmin görüşlərdə məhz kütləvi informasiya vasitələrinə reklamların verilməsi məsələsinə baxılacaq”. Əflatun Amaşov ümidvar olduğunu bildirib ki, bu, reklam bazarının inkişafına öz müsbət təsirini göstərəcək.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO