KİV-lərə Dəstək Fonduna 47 layihə verilib

KİV-lərə Dəstək Fonduna 47 layihə verilibPrezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunda mətbuat orqanlarının təqdim etdiyi layihələrin nəticələri martın sonunda açıqlanacaq.

Bu barədə “OLAYLAR”a məlumat verən Fondun icraçı direktoru Vüqar Səfərlinin sözlərinə görə, hazırda təqdim olunmuş layihələrin araşdırılması aparılır.

Araşdırmalar başa çatdıqdan sonra layihələr ekspertlərə təqdim olunacaq. Fond sədri onu da bildirib ki, layihələrin qiymətləndirilməsində dəyişiklik edilməyib:

“Fond tərəfindən layihələrin qiymətləndirilməsində heç bir yenilik edilməyib. Proses, əvvəlki kimi, maksimum 120 bal sistemilə aparılır”. Qeyd edək ki, KİV və jurnalist qurumlarından Fonda 47 layihə təqdim olunub.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO