KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun nümayəndə heyəti İsveç səfərindən qayıdıb

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun İcraçı direktoru Vüqar Səfərlinin rəhbərliyi ilə Fondun nümayəndə heyəti dekabrın 7-dən 13-dək İsveçin paytaxtı Stokholm şəhərində işgüzar səfərdə olub.

Səfərin məqsədi kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi ilə əlaqədar İsveçin təcrübəsini öyrənmək, bu sahədə fəaliyyət göstərən dövlət qurumlarının strukturu, iş prinsipləri və fəaliyyəti ilə tanış olmaq, eləcə də ölkəmizdə yeni formalaşmış Fond haqqında məlumat vermək, gələcək əməkdaşlıq formalarını müəyyənləşdirmək olub.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO