KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun nümayəndə heyəti İsveçə səfərə gedir

KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun nümayəndə heyəti İsveçə səfərə gedirAzərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun nümayəndə heyəti dekabrın 7-dən 13-dək İsveçin paytaxtı Stokholm şəhərində işgüzar səfərdə olacaq. Fondun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qurumun icraçı direktoru Vüqar Səfərlinin rəhbərlik edəcəyi heyətin tərkibinə fondun Müşahidə Şurasının üzvləri – Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli, Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Zöhrə Əliyeva və fondun əməkdaşı Vüsal Heydərov daxildir.

Səfərdə məqsəd fondun beynəlxalq əlaqələrini genişləndirmək, KİV-lərə dövlət dəstəyi sahəsində beynəlxalq təcrübəni öyrənmək, Stokholm şəhərində İsveçin Mətbuata Maddi Yardım Təşkilatının rəhbərləri ilə görüşmək, yardım almış media qurumlarının təcrübəsi ilə tanış olmaq və gələcəkdə bu təcrübədən faydalanmaqdır.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO