“Küçərli”də qırılan yollar…

İndi hamı “Dörd yol” deyir. Ətrafında köçkün şəhərciyi salınıb. Səksəninci illərdə isə bura “Küçərli” deyərdilər. “Tək çinar”, “Hüseynli” deyənlərdə az deyildi.  Bəlkə də bu məhşur kəsişmə “Küçərli” kəndinə yaxın olduğundan daha çox belə çağırırmışlar. Bilmirəm. O yadımdadı ki, ötən əsrin yetmişinci illərində burda  “Post QAİ”  binası inşa etdilər. Ondan əvvəl isə altmışıncı illərdə isэ qaynama bulağın yanında  yeməkxana  istifadəyə verilmişdi.

Ən əsası bu kəsişmədən Ağdama dəmiryol xətti gedirdi. “Ağdam-Bakı” qatarı  “Tək Çinar”da, bəzəndə “Küçərli”də saxlayırdı.  Amma axırda belə “razılığa” gəlindi ki, yük qatarları “Tək çinarda”, sərnişin qatarı isə Küçərlidə dayansın. Elə bu qərara əsasəndə sonradan “Küçərli”də sərnişin stansiyasının  binası inşa edildi.

İyirminci illərdə bu ərazidən “Kukuşka” yolu çəkilibmiş. Maraqlıydi ki, “Kukuşka” yolu Ağdamdan yan keçərək çəkilmişdi. Hətta onu da deyirdilər ki, Xıdırlı kəndinin beş nömrəli obasında olan  səkkizillik məktəbin binası vaxtıylə  “Kukuşka” yolunun stansiya binasıymış…Səksəninci ilin yayı. Əvvəlcədən “myaqki” vaqona aldığımız biletlə qatara minirik. Səkkiz kupenin yeddisi  həmyerlimiz idi. Uşaqlar imtahan verməyə gedirdi. Hamının könlündən ya hüquqşünas, yada ki, jurnalist olmaq keçirdi. Aralarında həkim olmaq istəyənlərdə az deyildi. Bu ixtisaslar o illərdə hörmətli sayılırdılar.  “Ən zəif” yeri arzulayan isə  mən idim. Könlümdən rus dili müəllimi olmaq keçirdi. Bir ildən çox idi ki, qəbula ciddi şəkildə hazırlaşırdım..

Qatarda gedən ağsaqqallar uşaqlarının hazırlığını müzakirə edir, hərə özününkünün  tərifini göylərə qaldırır, bizlər isə öz sahəmizdə bilik mübarizəsi aparırdıq. Hamımız deyib gülür, sanki  qəbul olacağımıza tam əmin idik…

Tələbələlik illərində qatar Xankəndinədək gedəsi oldu. “Myakki vaqon”nun qapıları isə, yenədə Ağdamda açılırdı.  Bu qatarda o illərdə çox gedib-gələrdim…

Son iyirmi beş ildə ilk dəfəydi ki, Tər-Tərdən  Quzanlıya gəlirdim.  Dörd yolda qatar yolunu keçərkən özümdən asılı olmayaraq üzü Ağdama tərəfə baxası oldum. Bir anlıq tutuldum. O  anlarda hansı hissi yaşadığımı sözlə ifadə edə biməsəmdə, dəmiryol relslərinin elə oradaca qurtarması mənə çox pis təsir etdi. Sanki burdan üzü Ağdama həyat yoxuymuş…

İndi oralarda nə dəmir yol xətti qalıb, nədəki həyat…  

Bu gün o illlərə qaytmaq hər birimiz üçün çətindi. Amma keçmişizi  ələkdən keçirib yaddaşlarda saxlaya bilməsək  dönüşümüz çətin ola bilər…

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO