Kuba televiziya və radiosunda Azərbaycan barədə verilişlər yayımlanır

Son zamanlar Kuba televiziya və radio kanallarında Azərbaycan barədə silsilə verilişlər yayımlanır. Bu barədə APA-ya Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyindən məlumat veriblər.

Belə ki, cari ilin may ayında Kubanın Radio Tauino kanalında yayımlanan “Caz saatı” verilişi Azərbaycanda caz və xüsusilə milli caz korifeyimiz Vaqif Mustafazadə və onun qızı Əzizə Mustafazadənin yaradıcılığına həsr edilib.

20 may tarixində Azərbaycanın milli bayramı – «Respublika Günü» ərəfəsində Kubanın “Canal Educativo-2” («Maarifləndirmə-2») televiziya kanalında Azərbaycana həsr edilmiş “İguales y Diferentes” («Bənzərlikər və Fərqlər») proqramı yayımlanıb. Verilişdə Azərbaycanın Kubadakı Fövqəladə və Səlahiyyətli Səfiri Aqşin Mehdiyevin geniş müsahibəsi yayımlanıb, eyni zamanda Azərbaycanın tarixi keçmişi, əsrarəngiz təbiəti, zəngin mədəniyyəti, iqtisadi, sosial və siyasi sahədə əldə etdiyi nailiyyətləri barədə ətraflı məlumat verilib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO