Kompüter texnologiyasında inqilab

“Apple” planşet kompüter təqdim edib

“Apple” şirkətinin icraçı direktoru Stiv Cobs San-Fransisko şəhərində keçirilən xüsusi tədbirdə şirkətin yeni qurğusunu- “iPad” adlı planşet kompüteri təqdim edib. Lent.az-ın BBC-yə istinadən verdiyi məlumata görə, Stiv Cobsyeni planşeti musiqi dinləmək və fotoşəkillərə baxmaq, eləcədə veb-serfinq üçün “əla həll” olduğunu bildirib.

9,7 düym diaqonallı sensor ekran, “Apple” şirkətinin istehsal etdiyi 1 qiqahers takt tezlikli “A4” prosessoru ilə təchiz olunacaq “iPad”in fləş-yaddaş həcmi modeldən asılı olaraq 16-dan 64-qiqabaytadək ola bilər.

Təqdimat mərasimi zamanı “Apple” rəhbəri xüsusi olaraq “iPad” üçün nəzərdə tutulan “iWork” ofis əlavələri paketinin buraxılacağını, eləcə də “iBook” onlayn-kitab mağazasını istifadəyə veriləcəyini bəyan edib.

1,2 santimetr qalınlıqlı və 680 qram çəkili yeni qurğu “Wi-Fi 802.11n” və “Bluetooth 2.1” standartlarını dəstəkləmək imkanına malikdir.

“Apple”in yeni məhsulunun qiyməti isə 499 dollardan başlayacaq.

LENT.AZ

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO