Kölndə Xocalı soyqırımı ilə əlaqədar konfrans keçiriləcək

Kölndə Xocalı soyqırımı ilə əlaqədar konfrans keçiriləcəkFevralın 26-da Almaniyanın Köln şəhərində Dünya Azərbaycanlıları Konqresi (DAK), Azərbaycan Federal Demokrat Hərəkatı (AFDH) və Kölndə fəaliyyət göstərən Azərbaycan Kültür Ocağının təşəbbüsü və təşkilatçılığıyla əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımı ilə əlaqədər konfrans keçiriləcək. Bu barədə DAK-ın mətbuat xidmətindən məlumat verilib. Konfransda DAK rəhbərliyi, o cümlədən Almaniyanın müxtəlif şəhərlərində yaşayan quzeyli-güneyli soydaşlarımız iştirak edəcəklər. Tədbirdə ermənilərin Xocalıda azərbaycanlılara qarşı törətdiyi soyqırımdan danışılacaq, həmçinin dünya ictimaiyyətinin bu hadisəyə loyal münasibəti pislənəcək. Konfransın yekununda isə beynəlxalq ictimaiyyətə və təşkilatlara müraciət qəbul olunacaq.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO