KİVDF müsabiqə elan etdi

KİVDF müsabiqə elan etdiAzərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu “Azərbaycan media məkanında ədəbi dilin qorunması” və “Jurnalist peşəkarlığının artırılması” mövzularında müsabiqə elan edib. Modern.az xəbər verir ki, müsabiqə fondu 60 000 (altmış min) manat təşkil edir və 2 mövzu üzrə həyata keçirilir:

1) Jurnalist peşəkarlığının artırılması – 20 (iyirmi) min manat.

2) Azərbaycan media məkanında ədəbi dilin qorunması – 40 (qırx) min manat.

a) Azərbaycan mətbuat məkanında ədəbi dilin qorunması – 20 (iyirmi) min manat.

b) Azərbaycan tele-radio məkanında ədəbi dilin qorunması – 20 (iyirmi) min manat.

Müsabiqədə iştirak

Layihə müsabiqəsində dövlət qeydiyyatından keçmiş, söz və məlumat azadlığı, KİV-lərin inkişaf etdirilməsi, jurnalist fəaliyyətinin təkmilləşdirilməsi sahəsində azı 1 illik təcrübəsi olan, layihələr icra etmiş jurnalist təşkilatları iştirak edə bilərlər.

Layihələrin qiymətləndirilməsi

Layihələrin qiymətləndirilməsi üçün aşağıdakı meyarlar əsas götürülür:

– layihənin məqsədinin aydınlığı və konkretliyi;

– layihənin fəaliyyət planının inandırıcı olması;

– layihənin büdcəsinin reallığı;

– ərizə formasının, layihə və ona əlavə olunmuş sənədlərin müsabiqə qaydalarına və tələblərinə uyğunluğu;

– layihə təqdim etmiş jurnalist təşkilatının KİV-lərlə iş təcrübəsinə malik olması;

– layihə təqdim etmiş jurnalist təşkilatının Bakı şəhərində normal iş şəraitinə malik ofisinin olması

Hər qurum bir layihə təqdim edə bilər.

Müsabiqəyə sənədlərin qəbulu 18 mart 2013-cü il tarixində başlayır və 01 aprel 2013-cü il tarixlərində başa çatır. Layihənin müddəti 8 ay nəzərdə tutulub

Sənədlər rəsmi iş günləri saat10.00-dan 16.00-dək Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunda qəbul edilir.

Ərizə yalnız Fondun təsdiq etdiyi formada, müvafiq əlavələrlə, Azərbaycan dilində çap və elektron variantda (diskdə, Times New Roman şriftində) təqdim edilməli və Fondda qeydiyyatdan keçməlidir.

Layihə təklifləri ilə bağlı nəticələr haqqında izahat verilmir, müsabiqəyə təqdim olunmuş sənəd və materiallar geri qaytarılmır.

Ərizəyə aşağıdakı sənədlər əlavə olunmalıdır:
modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO