KİVDDF informasiya əldə edilməsi istiqamətində davamlı iş aparır

“KİV-lərə Dövlət Dəstəyi Fondu insan hüquqlarının qorunması və informasiya əldə edilməsi istiqamətində davamlı iş aparır və bundan sonra da fəaliyyətini bu istiqamətdə quracaq.”

SalamNews xəbər verir ki, bu fikri KİV-lərə Dövlət Dəstəyi Fondunun İcraçı direktoru Vüqar Səfərov “İnformasiya əldə etmək hüququ və açıq cəmiyyət” mövzusunda keçirlən konfransda deyib.
Onun sözlərinə görə, informasiya əldə etmək haqqında ölkə qanunvericiliyi ilə bağlı maarifləndirmə tədbirlərinn həyata keçirilməsi və informasiya almaq hüququnun səmərəli təmin edilməsi icra orqanı kimi KİVDDF-yə həvalə edilib. Fond olaraq biz də fəaliyyətimizi bu istiqamətdə qurçuşuq və qurumun 19 fəaliyyət istiqaməti var ki, bunun da üç istiqaməti ancaq insan hüquqlarının müdafiəsi və informasiya almaq hüququ ilə bağlıdır. Biz bu istiqamətdə istər maarifləndirmə, istərsə də informasiya əldə etmək istiqamətində ardıcıl olaraq iş aparırıq. İldə bir neçə dəfə ölkənin müxtəlif regionlarında tədbirlər təşil olunur. Bundan əlavə olaraq qrant layihələrinin həyata keçirilməsi və yazı müsabiqələr vasitəsi ilə reallaşdırılır.
Konfransda rabitə və informasiyalar texnologiyası nazirnin müavini Elmir Vəlizadə “2013-cü ilin “İnformasiya texnologiyaları ili” elan edilməsi açıq cəmiyyətin formalamasında yeni mərhələ kimi”, deputat Fazil Mustafa isə “Vətəndaş cəmiyyəti və informasiya azadlığı” mövzularında məruzələri dinlənilib.
– See more at: http://salamnews.org/az/news/read/107241#sthash.TrQbSFwL.dpuf

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO